Azərbaycan və Xorvatiya arasında çarter reysinin açılması gözlənilir

"Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçin Azərbaycana səfərini uğurlu və yüksək qiymətləndiririk". Avtosfer.az xəbər verir ki, bunu Xorvatiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Refik Şabanoviç jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti ilə görüşdə K.Qrabar-Kitaroviç Avropa İttifaqı və NATO-nun üzvü kimi Xorvatiyanın bu və başqa təşkilatlarda Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib. R.Şabanoviç əlavə edib ki, Xorvatiya prezidenti yaxın zamanlarda Xorvatiyanın Bakıdakı ofisinin statusunun səfirlik səviyyəsinə qədər artırılacağına söz verib.
Müvəqqəti işlər vəkili prezidentlərin iki ölkənin daha çox əməkdaşlıq edə biləcəyi sahələri qeyd etdiklərini bildirib: "Bura kənd təsərrüfatı, gəmiqayırma, qida sənayesi kimi sahələr daxildir. İki ölkə arasında ticarət dövriyyəsi 200 milyon dollar təşkil edir və biz Azərbaycana ixrac etməkdən çox oradan idxal edirik".
R.Şabanoviç turizm sahəsinin də dövlət başçıları arasında müzakirə mövzusu olduğunu qeyd edib: "Gələn il iyulun 1-dən Bakı və Pula arasında çarter reysləri açılacağına ümid edirik. Plana görə, reyslər 2 ay ərzində həftədə bir dəfə həyata keçirilməlidir".
Bundan əlavə, diplomat ilin sonuna qədər Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Xorvatiya hökumətlərarası komissiyasının iclasının keçiriləcəyini məlumat verib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












