Azərbaycan yeni hərbi təyyarələr alır - FOTO

Azərbaycan Ukraynadan yeni təyyarələr alacaq. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi xəbər yayıb.
Məlumata görə, Ukrayna dövlət müəssisəsi "Antonov" Azərbaycana "An-178" tipli on yeni nəqliyyat təyyarəsi satmağı planlaşdırır. Azərbaycanla yanaşı bu hərbi nəqliyyat təyyarələrindən ikisi də Çinə satılacaq.
Azərbaycana satılması planlaşdırılan nəqliyyat təyyarələrinin çatdırılma müddəti və müqavilənin detalları hələ məlum deyil. Hərbi nəqliyyata "An-178" təyyarəsi Ukraynanın Antonov şirkəti tərəfindən istehsal edilir. Bu model təyyarələr “Antonov” An-158 hərbi hava gəmisinin əsasında yığılır.
Təyyarənin yükgötürmə qabiliyyəti 18 tondur. Bu təyyarə bazarda "An-12"təyyarəsinin əvəzi kimi tanınır.
2010-cu ildən yığılmağa başlayan təyyarənin qiymətinin 40-70 milyon dollar arasında olduğu deyilir. Bu model İtaliyanın “Aleniya” C-27j, ABŞ-ın “Lockheed Martin” C-130j, Braziliyanın “Embraer” KC-390 və Rusiyanın İl-214 təyyarələrinə rəqibdir.
2015-ci ildə Səudiyyə Ərəbistanı “Antonov” təyyarəsindən 30 ədəd sifariş edib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












