Azərbaycana xüsusi vaqonlar gətirilir

Bakı-Tiflis-Qars magistral dəmir yolunun ekspluatasiyası üçün 2016-cı ilin yayında Azərbaycana "Stadler Rail Group" şirkətinin yataq tipli ilk on sərnişin vaqonu gətiriləcək. Bunu Trend-ə Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə, bu vaqonların istehsalına ötən ilin sentyabrından başlanılıb: "Stadler şirkəti ilə müqaviləyə əsasən, Bakı-Tiflis-Qars magistral dəmir yolunun ekspluatasiyası üçün cəmi 30 vaqon istehsal olunacaq. Tikinti işləri uğurla aparılır və 10 vaqondan ibarət ilk partiya bu ilin iyul-avqust aylarında Bakıya gətiriləcək".
Azərbaycan Bakı-Tiflis-Qars üçün yataq tipli 30 sərnişin vaqonu sifariş edib. Vaqonlar 4 kateqoriyada istehsal olunur: "standart", "komfort", "biznes" və "restoran". Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 yerlik olacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












