Banner

Azərbaycanda 7 rayonu birləşdirən yolda daha iki körpü inşa edilir - VİDEO

Yeniliklər 22 Fevral 2021 11:20 Oxunub 1074
Azərbaycanda 7 rayonu birləşdirən yolda daha iki körpü inşa edilir  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur.

Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması işləri sürətlə davam edir.

Yeni qurulan yol İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarını birləşdirən ən qısa yoldur. Ümumi uzunluğu 85.6 kilometr olan yolun yenidənqurmadan sonra 9 kilometr qısalaraq 76.6 kilometr təşkil edəcək.

Mövcud ikizolaqlı avtomobil yolu genişləndirilərək dörd hərəkət zolağından ibarət olacaq.

Yolun Qəbələ rayonu ərazisindən keçən hissəsində yenidənqurma işləri sürətləndirilib. Hazırda Dəmiraparançay və Vəndam çayları üzərində yeni körpülərin inşasına başlanılıb. Yeni inşa edilən körpülər və yol istiqaməti həm magistralın qısalmasına, həm də müasir və etibarlı körpülərlə qurulmuş avtomobil yolunun olmasına zəmin yaradacaq.

Qeyd edək ki, yeni salınan yolun bir zolağının eni 3.5 metr, ümumi eni isə 17 metr təşkil edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh