Azərbaycanda "avtomagistral" anlayışı yenilənir

Azərbaycanda “avtomagistral” anlayışının tərifi yenilənir.
Avtosfer.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” Qanuna təklif olunan dəyişiklik layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, avtomagistral bu qanunla müəyyən olunmuş xüsusi hərəkət rejiminə malik olan, başlanğıcı və sonu müvafiq olaraq 5.1 və 5.2 yol nişanları ilə göstərilən, qarşılıqlı hərəkət istiqamətləri ayırıcı zolaq və digər konstruktiv vasitələrlə ayrılmış, müxtəlif istiqamətlər üçün ayrıca hərəkət hissələri olan, digər yollarla, o cümlədən dəmir yolu, tramvay, velosiped və piyada yolları ilə eyni səviyyədə kəsişməsi olmayan, həmçinin hər 50 kilometrdən artıq olmayan məsafədə istirahət zonaları və dayanacaq meydançaları ilə təmin edilən yol hesab olunur.
Hazırda qüvvədə olan qanunvericilikdə isə avtomagistral anlayışı belə ifadə edilir:
Avtomagistral nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi olaraq salınmış və nəzərdə tutulmuş yoldur. Bu yolda yerləşən təsərrüfat, istehsal və ya tikinti obyektlərindən digər nəqliyyat vasitələrinin istifadə etməsinə yol verilmir. Müəyyən istisnalar və ya müvəqqəti qaydalar nəzərə alınmaqla, əks istiqamətlər üzrə hərəkət üçün ayrıca hərəkət hissələri mövcuddur və bu hissələr bir-birindən hərəkət üçün nəzərdə tutulmayan ayırıcı zolaq və ya xüsusi vasitələrlə ayrılır. Avtomagistralda dəmir yolu, tramvay və digər yollarla, eləcə də piyada keçidləri ilə eyni səviyyədə kəsişmələr olmur. Hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağandır, yol isə hər 50 kilometrdən çox olmayan aralıqlarla istirahət yerləri və dayanacaq sahələri ilə təchiz edilir.
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA












