Azərbaycanda bu cərimələri tez ödəyəndə 10 faizlik güzəşt tətbiq ediləcək

Azərbaycanda cərimələrə 10 faizlik güzəşt tətbiq ediləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihədə Məcəlləyə əlavə edilməsi nəzərdə tutulan 45-1-ci maddəyə əsasən inzibati xəta haqqinda protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların) mərkəzləşdirilmiş qaydada uçotunu və izlənilməsini təmin etməklə bu Məcəlləyə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və ya inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar qəbul etmiş səlahiyyətli orqanların hesablarına köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyü üzrə nəzarətin həyata keçirilməsi məqsədilə "İCMAL" informasiya sisteminin yaradılması təklif edilir. Belə ki, "İCMAL" informasiya sistemində inzibati xətalar haqqında protokolların və qərarların (qərardadların) unikal nömrə verilməklə real vaxt rejimində və avtomatlaşdırılmış qaydada izlənilməsi nəzərdə tutulur. Buna görə də layihəyə əlavə edilməsi nəzərdə tutulan 45-2-ci maddədə səlahiyyətli orqanlar tərəfindən inzibati xətalar haqqinda protokollar və qərarlar (qərardadlar) barədə məlumatların "İCMAL" informasiya sisteminə ötürülməsi təklif edilir.
Protokollara və qərarlara (qərardadlara) unikal nömrə verildikdən sonra "İCMAL" informasiya sistemi tərəfindən səlahiyyətli orqanların informasiya sisteminə ötürülür. "İCMAL" informasiya sisteminin tətbiqi gələcəkdə inzibati xətalar haqqında işlər üzrə operativliyin, hesabatlılığın və şəffaflığın təmin edilməsi ilə nəticələnəcəkdir.
Eyni zamanda layihəyə əlavə edilməsi nəzərdə tutulan 57-1-ci maddədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sənədlər barədə məlumatlandırılması formalarından bəhs olunmuşdur. Bundan başqa, 16-1-ci fəslin adının və həmin fəsildə əks olunan 127-3-cü və 127-4-cü maddələrin yeni redaksiyada verilərək təkmilləşdirilməsi nəzərdə tutulur.
Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 150.11-ci və 150.14-cü maddələrinin tələblərinə uyğun olaraq, yol hərəkəti qaydaları, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaları, həmçinin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Cərimələrin vaxtında ödənilməsini təşviq etmək, gecikmələrin qarşısını almaq məqsədilə əlavə edilməsi nəzərdə tutulan 150.1-1-ci maddəyə əsasən bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq edilir.
Yuxarıda qeyd olunanlarla yanaşı, layihədə bir sıra texniki və dəqiqləşdirmə xarakterli dəyişikliklər də nəzərdə tutulur.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Bakıda yeni yollar inşa ediləcək: Artıq işlərə başlanıldı - VİDEO
Bu şəxslərə 46 gün məzuniyyət veriləcək - Prezident təsdiqlədi
Polkovnik “Azərbaycan – Ural” təşkilatının yeni rəhbəri seçildi
Bu istiqamətlərdə tıxaca son qoyacaq yolun tikintisi ilə bağlı SON DURUM - VİDEO
Gəncə–Qəbələ–Gəncə marşrutu istifadəyə verildi - FOTO - VİDEO
Bakı–region marşrutlarında 131 yeni avtobus istismara verildi
Naxçıvanda dəmir yolu xətti boyunca 10 stansiya yenidən qurulacaq - FOTO
Üç nəfərin öldüyü qəza yerində yenilik; sürücülər sürəti azaltmalı olur - VİDEO
Baş prokuror Toğrul Həsənovu yüksək vəzifətə TƏYİN ETDİ
Bu şəhərdəki eyni səviyyəli piyada keçidləri Bakıda tətbiq oluna bilər? - FOTOSESSİYA
Bakı metrosunda yeni tarif? – RƏSMİ AÇIQLAMA VERİLDİ











