Azərbaycanda kombayn istehsalı başladı – FOTO

“Gəncə Avtomobil Zavod”unda “Belarus” traktorlarının bazasında mini pambıqyığan kombaynların istehsalı üçün sınaq işlərinə başlanılıb.
Avtosfer.az-ın “marja”ya istinadən verdiyi xəbərə görə, zavodun direktoru Kamran Nəzərov bildirib ki, bu kombaynlar fermer üçün olduqca əlverişli olacaq:
“Pambıq yığımı cəmi 2 ay davam edir və ilin qalan 10 ayı ərzində kombaynlar istifadəsiz qalır. Nəzərə alsaq ki, Avropa ölkələrindən alınan pambıqyığan kombaynların qiyməti təxminən 400 min manatdan bahadır, görün nə qədər vəsait lazım olur.
Odur ki, belə qərara gəldik ki, “Belarus” traktorlarının bazasında mini kombaynların yığımına başlayaq. Bunun üçün Belarusun “QomSelmaş” zavodundan gətirdiyimiz kombaynın pambıqyığan aqreqatını “Belarus” traktorunun arxa hissəsinə uyğunlaşdırdıq. İlk sınaq uğurlu oldu və fermerlər kombayınların keyfiyyətindən razılıqlarını ifadə etdilər.
Pambıq yığımı başa çatdıqdan sonra pambıqyığan aqreqat sökülərək növbəti yığıma saxlanılacaq və traktor digər kənd təsərrüfatı işlərinə cəlb ediləcək”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












