Azərbaycanda təcili yardım maşınlarında yenilik

Bakının tıxaclı yollarında ən çox əziyyət çəkənlərdən biri də təcili tibbi yardım avtomobilini idarə edən sürücülərdir. Onların məsuliyyəti ikiqatdır. Həm xəstənin həyatını xilas etmək üçün tez ünvana çatmaq, həm də digər yol hərəkəti iştirakçılarının həyatını təhlükəyə atmamaq. Bəzən isə tıxaclarda ilişən təcili yardım maşınına yol verməyən sürücülərə də rast gəlinir. Təbii ki, belə sürücülər qanunla məsuliyyət daşıyır. Bəzən onların bu əməlini sübut etmək mümkün olmur. Lakin xarici ölkələrin təcrübəsinə əsaslanaraq, bu problemi kökündən həll etmək mümkündür. Amerika, Almaniya və digər Avropa ölkələrində təcili yardım maşınının ön pəncərəsində videokamera quraşdırılıb. Həmin kamera vasitəsilə maşına yol verməyən sürücülər müəyyən edilir və sərt cəzalandırılır. Bu təcrübədən yararlanmaq çox yaxşı nəticə verə bilər.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, bu, çox yaxşı fikirdir. Lakin bunun üçün xüsusi razılaşma olmalıdır. "Stansiyanın maddi-texniki təchizatını yaxşılaşdırmaq məqsədilə zəruri addımlar atılır. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının istifadəsinə ən müasir ilk yardım tibbi avadanlıqları, immobilizasiya şinaları, defibrilyator, süni tənəffüs apparatı, kardiomonitor və s. verilib. Stansiyanın nəzdində ən müasir tədris avadanlıqları, simulyasion mulyajlarla, təcili tibbi yardımın sanitar avtomobilində olan avadanlıqlarla təmin olunan Təlim Tədris Mərkəzi fəaliyyət göstərir. Bundan başqa, planşetlərin verilməsi, stansiyanın vahid internet şəbəkəsilə təmin olunması da palnda var. Gələcəkdə təcili yardım maşınlarına kameraların qoyulması məsələsinə də baxılacaq", - deyə Rauf Nağıyev bildirib.
Məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov admiral.az-a bildirdi ki, bu gün Təcili Tibbi Yardım avtomobilinin önünə, yaxud arxasına videoregistrator kimi tanınan cihaz qoymaq olar. Onun sözlərinə görə, bu videoçəkən cihazın köməyilə yol hərəkət qaydalarını pozanların aşkarlanması daha asan olar. Təbii ki, bu da qanunla öz həllini tapmalıdır. "Qanunla təcili tibbi yardım avtomobillərinin, ümumiyyətlə hərəkət üstünlüyünə malik olan avtomobillərin sərbəst hərəkətinə maneə yaradan sürücülərə qarşı tədbirlər görürük. Çox güman ki, gördüyümüz tədbir yetərincə olmadığından belə bir narahatçılıq yaranır. Hər halda təbliğatın aparılması da çox vacib şərtlərdəndir. Əgər təcili yardım maşını yolda qalırsa, bu xəstənin həyatının təhlükədə olması deməkdir", - deyə Vaqif Əsədov bildirib.
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR












