Azərbaycanda yeni pasportların verilməsinə başlanılıb – FOTO

Azərbaycanda yeni biometrik ümumvətəndaşlıq (xarici pasport) pasportunun verilməsinə başlanılıb. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, yeni pasport həm dizayn, həm də rənginə görə əvvəlkindən fərqlənir. Azərbaycan vətəndaşları pasportlarını dəyişdirmək üçün “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər.
Yaşı 18-dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması ilə bağlı zəruri sənədlər: şəxsiyyət vəsiqəsi, 18-35 yaş hədlərində kişilər üçün hərbi bilet və ya ilkin hərbi qeydiyyatla bağlı vəsiqə (möhlət hüququna dair qeyd olmaqla), dövlət rüsumunun ödənilməsi barədə qəbz. Yaşı 18-dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumu: sənəd 10 iş günü müddətinə alınırsa, 40 manat, 5 iş günü müddətinə alınırsa, 80 manat, 1 iş günü müddətinə alınırsa, 160 manat təşkil edir.
Ümumvətəndaş pasportu dəyişdirilirsə, vətəndaşda olan pasport da təqdim olunmalıdır.
Ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, 30 manat məbləğində cərimə tətbiq edilir.
Qeyd edək ki, ümumvətəndaş pasportu dəyişdirilən zaman vizadan istifadə imkanının olması üçün vətəndaşda olan ümumvətəndaş pasportunun əsas hissəsi yararsız hala salınıb, vətəndaşa geri qaytarıla bilər.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












