Azərbaycanda yol nəqliyyat sahəsinə aid daha bir yenilik

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun bazasında “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitə (TK 19) yaradılıb. Bu barədə Avtosfer.az-a Komitənin mətbuat xidmətindən bildirilib. Məlumata görə, TK 19-un fəaliyyəti beynəlxalq standartlaşdırma orqanı olan İSO/TK 22 “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitənin fəaliyyəti ilə uyğunlaşdırılıb. Texniki Komitənin yaradılmasında əsas məqsəd nəqliyyat sahəsində təhlükəsizlik, yol infrastrukturu, nəqliyyatın intelektual idarə edilməsi, nəqliyyat vasitələri, avtomobillər, fəaliyyət istiqamətləri üzrə milli standartların hazırlanması, dövlətlərarası, beynəlxalq standartların layihələrinin işlənib hazırlanmasının, ekspertizasının təşkili və s. regional təşkilatların layihələri üzrə səsvermədə Azərbaycanın mövqeyinə dair təkliflərin hazırlanmasıdır.
TK 19-a sədrliyi “Sumqayıt Texnologiyalar Parkı” MMC həyata keçirəcək. Texniki Komitənin strukturuna Nəqliyyat, İqtisadiyyat, Səhiyyə nazirlikləri, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, “Azəravtoyol” ASC, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC, Azərbaycan Texniki Universiteti, “NAZ LİFAN” - Naxçıvan Avtomobil Zavodu, Gəncə Avtomobil Zavodu və s. təşkilatlar daxil edilib.
Texniki Komitə - müvafiq fəaliyyət sahələri üzrə standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması, milli, regional və beynəlxalq standartlaşdırma tədbirlərinin təşkili və həyata keçirilməsi məqsədilə könüllü əsaslarla yaradılmış maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrinin birliyidir.
Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.
Emin
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












