Azərbaycanlı mühəndislər möhtəşəm gəmi hazırlayıb - VİDEO

Bir çox xarici mütəxəssislər Azərbaycanlı gəmi mühəndislərinin uğurundan danışır. Söhbət Xəzər hövzəsində ilk dəfə sualtı tikinti işləri apara biləcək və dünyada bənzəri olmayan innovativ üsulla hazırlanan "Xankəndi" gəmisindən gedir. Bakı Gəmiqayırma Zavodunun istehsalı olan gəmi bir sıra göstəriciləri ilə tarixə düşüb. Gəminin gövdəsinin minlərlə ton ağırlığında olan iki hissəsi sudan çıxarılır və Bakı Gəmiqayırma Zavodunda qüsursuz olaraq birləşdirilir. Sonra isə gəminin bütün digər hissələri Azərbaycan mühəndisləri tərəfindən hazırlanaraq gəmiyə əlavə olunur. İki illik qısa zaman çərçivəsində Azərbaycan mühəndislərinin fasiləsiz əməyinin nəticəsi olan gəmidə işlərin 80 faizi yekunlaşdırılaraq suya salınıb. Artıq son tamamlama işləri suda icra olunur. Gəmi bir sıra göstəricilərinə görə tarixdə adını ilklər siyahısına yazdırıb. Bakı Gəmiqayırma Zavodunun direktor müavini İmamverdi Həsənov bildirir ki, gəminin bir hissəsi Sinqapurdan hazır gətirilsə də ən çətin mühəndis işlərini məhz zavodda azərbaycanlı mühəndislər həyata keçiriblər.
"Xankəndi" gəmisinin hissələrinin xaricdən gətirilərək Azərbaycanda birləşdirilməsini bir çox xarici mütəxəssislər mümkünsüz hesab etsə də,yerli mühəndislərinin yüksək bacarığı və peşəkarlığı bunu reallığa çevirib.
Gəmi “Şahdəniz 2” layihəsi çərçivəsində sualtı qazma qurğuları, kəmərlər və digər infrastrukturun inşasında əvəzsiz rol oynayacaq. 378 milyon dollar dəyərində olan gəmi 2017-2027-ci illərdə fəaliyyət üçün nəzərdə tutulub.
Gəminin inşasında 1500-dən çox insan fasiləsiz olaraq işləyib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












