“Azərpoçt” YENİ VEB-SAYTINI istifadəyə verib

2021-ci ildən yenilənmə mərhələsinə keçid edən milli poçt operatoru – “Azərpoçt” MMC-nin veb-saytı yenilənib.
Avtosfer.az xəbər verir ki, saytın müasir dizaynda tərtibatı istifadəçiyə maraqlı olan bütün məlumatları asanlıqla əldə etməyə imkan yaradır.
Qeyd edilir ki, üç dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərəcək veb-sayt geniş təhlil edilmiş müştəri tələbləri əsasında hazırlanıb. Belə ki, bir poçt müştərisi poçt şöbəsinə yaxınlaşmadan onu maraqlandıran bir sıra sualların cavablarını bu saytda tapa biləcək. Misal üçün, beynəlxalq və ölkədaxili göndərişlər, daşınma şərtləri və qaydaları kimi müştərini maraqlandıran ilkin sualların cavabları, eləcə də maliyyə və poçt kalkulyatoru kimi funksionallıqlar saytda öz əksini tapıb.
Bundan başqa, istifadəçilər üçün daha zəruri hesab edilən poçt şöbələrinə dair yeni bir funksionallıq da təqdim olunub. Artıq yeni saytda vətəndaşlar öz ünvanlarına xidmət göstərən poçt şöbələrini tapa biləcək, həmçinin bir poçt şöbəsinə aid olan digər ünvanları görə biləcəklər. Vətəndaşın şöbəyə yol hərəkətinin dəqiq şəkildə təmin olunması üçün ölkə üzrə hər bir poçt şöbəsinin coğrafi koordinatları saytda maksimum dəqiqliklə yerləşdirilib.
Vətəndaşlarla kommunikasiyanın dərhal və yerindəcə əlçatanlığı baxımından saytda canlı söhbət əvvəlki qaydada yenidən təmin edilib.
Yeni veb-saytda, həmçinin istifadəçilər “Azərpoçt”un üç fərqli xidmət sahəsi (poçt, maliyyə, rəqəmsal) haqqında məlumatları daha rahat şəkildə əldə edəcək, qurumun digər xidmətləri olan karqo, sürətli poçt xidməti və marka sahələrinə asanlıqla keçid edəcəklər.
Qeyd edək ki, bu layihə “Azərpoçt”un cari il ərzində elan etdiyi üçüncü rəqəmsal layihədir. Bundan əvvəl qurum İnternet bankçılıq, “AzPost Mobile” kimi rəqəmsal həlləri də müvafiq olaraq hüquqi və fiziki şəxs olan müştərilərinə təqdim edib.

Prorektorun qətlinə görə həbs edilən Müşfiq Atakişiyevin yerinə yeni təyinat - FOTO
Bu küçələrin kəsişməsi işıqforla nizamlanacaq - VİDEO
"Bakı Metropoliteni”nin departament rəhbəri işdən çıxarıldı - Yeni təyinat
Təqaüdə göndərilən generalın yerinə mayor təyin edildi - FOTO
Cərimə meydançasına aparılan avtomobillərlə bağlı MÜHÜM YENİLİK
Ödənişli yolda sürət həddi - Bu qədər olacaq
Azərbaycanda "avtomagistral" anlayışı yenilənir
Bakıda yeni yollar inşa ediləcək: Artıq işlərə başlanıldı - VİDEO
Bu şəxslərə 46 gün məzuniyyət veriləcək - Prezident təsdiqlədi
Polkovnik “Azərbaycan – Ural” təşkilatının yeni rəhbəri seçildi
Bu istiqamətlərdə tıxaca son qoyacaq yolun tikintisi ilə bağlı SON DURUM - VİDEO











