“Azerspace-2” 2017-ci ildə orbitə buraxılacaq - Ramin Quluzadə

Hazırda “Azerspace-2” peykinin istehsal prosesi gedir və peykin 2017-ci ildə obitə göndərilməsi planlaşdırılıb. Digər bir maraqlı layihə isə nanopeyklərin istehsalı ilə bağlıdır.
Bu istiqamətdə “Azərkosmos” ilə Milli Aviasiya Akademiyası əməkdaşlıq edir və artıq tələbə peyki olan “CanSat” layihəsinin icrasına başlanılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri rabitə və yüksək texnologiyaları naziri Ramin Quluzadə “The Business Year” jurnalına müsahibəsində bildirib. “Vacib məsələlərdən biri də milli kadrların hazırlanmasıdır. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, hazırda “Azerspace-1” peyki yerli mütəxəssislər tərəfindən uğurla idarə olunur.
Ümumilikdə onu deyə bilərəm ki, hazırda ölkəmiz üçün yeni olan kosmik sənaye bütün aspektlər üzrə paralel şəkildə inkişaf edir və peyk xidmətlərinin təşkili uğurlu səviyyəyə çatıb”, - deyə nazir əlavə edib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












