"Azerspace-2" gələn ilin sonunda orbitə buxarılacaq

Azərbaycanın "Azerspace-2" milli telekommunikasiya peyki 2017-ci ilin sonunda orbitə buraxılacaq. Bunu "Report"a İstanbulda (Türkiyə) keçirilən XXVI Ümumdünya Poçt Konqressində iştirak edən Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib. Nazir deyib ki, beynəlxalq tədbir çərçivəsində Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanla görüşü zamanı da bu məsələ müzakirə olunub. "Həmçinin, poçt sahəsində birgə əməkdaşlıq etmək barədə fikir mübadiləsi apardıq. Gələcəkdə isə fiber-optik xidməti sahəsində birgə işçi qrupunun yaradılması nəzərdə tutulub. Bütövlükdə, gələcəkdə bütün sahələrdə əməkdaşlıq əlaqələrimizi genişləndirəcəyik", - deyə R.Quluzadə əlavə edib.
Xatırladaq ki, ikinci telekommunikasiya peyki - "Azerspace-2"nin 45° şərq uzunluğu orbital mövqeyinə çıxarılması və qarşıdakı illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə edilməsi planlaşdırılır.
Ümumdünya Poçt Konqresi sentyabrın 19-da işə başlayıb və oktyabrın 7-dək davam edəcək. Toplantıda İttifaqın inkişaf perspektivləri müzakirə edilir, 2016-2020-ci illərdə Universal Poçt İttifaqı İnzibati Şurasının sədrliyinin Türkiyəyə təhvil verilməsi nəzərdə tutulub.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












