“Azəryolservis” Zirədə təmir-tikinti işləri həyata keçirir – FOTO

“Azəryolservis” ASC tərəfindən Xəzər rayonu Zirə qəsəbəsinin bir neçə küçəsində eyni vaxtda təmir-tikinti işləri həyata keçirilir. Avtosfer.az xəbər verir ki, bu barədə ASC-dən verilən məlumata görə, bu, uzunluğu 1,8 km, ortalama eni 8 metr olan Ağamalıoğlu, uzunluğu 0,8 km, ortalama eni 11 metr olan Sərdarov və uzunluğu 1,1 km, ortalama eni isə 8 metr olan Əbdülhəsən Babayev küçələridir.
Təmir-tikinti işləri çərçivəsində ümumi uzunluğu 3,66 km olan küçələrin köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınır. Bunun əvəzinə təqribən 38 850 kvadrat metr sahəyə bir (6 sm) və iki qat (11 sm) olmaqla yeni asfalt beton örtüyünün döşənməsi işlərinin aparılması planlaşdırılır. Bundan başqa bəzi ərazilərdə deformasiyaya uğramış yol yatağı qazılaraq çıxarılıb, təqribən 4 min kvadrat metr sahədə yeni yol əsası tikilib.
Sözügedən küçələrin təmiri qəsəbə sakinlərinin gediş-gəlişini rahatlaşdırmaq məqsədi daşıyır. Çünki təmir olunan küçələr Zirə İdman Kompleksinin, orta ümumtəhsil məktəbinin və qəsəbə məscidinin qarşısından keçərək Ə. Babayev küçəsi ilə yenidən qəsəbənin mərkəzi küçəsi olan S. Ə.Şirvani küçəsində birləşir. Bundan başqa həmin küçələrlə müntəzəm sərnişin daşıma ilə məşğul olan avtobuslar da keçirlər.
Qeyd edək ki, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Xəzər rayonu Zirə qəsəbəsinin sözügedən küçələrinin təmiri işlərini vaxtında icra etmək, o cümlədən işsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədi ilə onlarla işsiz qəsəbə sakini müvafiq işlə təmin edib.


Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












