«Azəryolsevis»-in «Tatra servis mərkəzi» fəaliyyətə başladı – VİDEO

"Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən “Tatra servis mərkəzi” fəaliyyətə başlayıb. Bu münasibətlə mərkəzin rəsmi açılış mərasimi keçirilib. Açılışda “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri iştirak ediblər. Saleh Məmmədov ilk öncə mərkəzin inzibati binasında yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait var. Otaqlar lazımi avadanlıqla təchiz edilib. İnzibati binada kiçik iclas zalı da yaradılıb. Bundan başqa binanın ətrafında əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb.
Daha sonra mərkəzin təmir sexlərinə və yardımçı sahələrə baxış keçirilib. Sexlər və yardımçı sahələr Çexiya istehsalı olan “Tatra” markalı, həmçinin dizel yanacaqla çalışan digər markalı yükü özüboşaldan maşınlarının təmiri, həmçinin texniki qulluğu üçün bütün lazımi alət və müasir dəzgahlarla təchiz edilib. Burda çalışan bütün işçilərin əmək şəraiti yüksək səviyyədə təşkil olunub, təhlükəsizlikləri təmin olunub. Mərkəzdə eyni anda 10 ədəd yükü özüboşaldan maşınların təmiri və texniki qulluğu həyata keçirilə bilir.
“Tatra servis mərkəzi”ndə təmir zamanı istifadə oluna biləcək orijinal ehtiyyat hissələrinin saxlanıldığı anbar, işçilər üçün paltar dəyişmə və ilkin tibbi yardım otaqları, həmçinin yeməkxana da mövcuddur.
İşsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədi ilə mərkəzdə 10-larla işsiz qəsəbə sakini müvafiq işlə təmin olunublar. Belə ki, mərkəzdə təxminən 50 nəfər işçi çalışır və əksəriyyəti də yerli qəsəbə sakinləridir.
Qeyd edək ki, “Tatra servis mərkəzi” Çexiya Respublikasının “SaZ s.r.o.” şirkəti ilə “Azəryolservis” ASC arasında imzalanmış müqavilə əsasında inşa edilib.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq





















