Banner

“AzParking”dən YENİLİK! - FOTO

Yeniliklər 22 Dekabr 2025 14:48 Oxunub 318
“AzParking”dən YENİLİK!   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İstifadəçi rahatlığını artırmaq məqsədilə AzParking mobil tətbiqinə daha bir yenilik əlavə olunub.

Avtosfer.az xəbər verir ki, artıq sürücülər parklanma ödənişlərini Google Pay və Apple Pay vasitəsilə sürətli və təhlükəsiz şəkildə həyata keçirə bilərlər.

Yeni funksiya ödəniş prosesini daha sadə və operativ edir. İstifadəçilər bank kartı məlumatlarını ayrıca daxil etmədən, bir neçə toxunuşla parklanma ödənişini tamamlaya bilirlər.

AzParking mobil tətbiqi şəhər parklanmasını rahat, müasir və rəqəmsal hala gətirmək məqsədilə funksional imkanlarını davamlı olaraq genişləndirir və innovativ həllər təqdim edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh