“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda - FOTOSESSİYA

İnnovasiya və sürət lideri “Bakcell”in dəstəyi və “YAŞAT” Fondunun təşkilatçılığı ilə Londonda üçüncü “YAŞAT” yay məktəbi başlayıb. Yay məktəbində ölkə üzrə 9-cu sinif buraxılış imtahanlarında yüksək nəticə göstərmiş 10 şəhid övladı iştirak edir.
Proqramın əsas məqsədi şəhid övladlarının dünyagörüşünü genişləndirmək, dil biliklərini artırmaq, fərdi bacarıqlarını inkişaf etdirmək və beynəlxalq mühitdə aktiv iştiraklarına imkan yaratmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə dəstək göstərməkdir.
İyulun 20-dən avqustun 3-dək davam edəcək “YAŞAT” yay məktəbi London Universitet Kollecində təşkil olunub. Proqram müddətində iştirakçılar hər gün 3 saatlıq intensiv ingilis dili dərslərində iştirak edir, şəhər ekskursiyaları, tarixi abidələrə və muzeylərə maraqlı səfərlərlə zəngin bir təcrübə yaşayırlar.
“Bakcell” bu təşəbbüslə cəmiyyətin davamlı inkişafına töhfə verən korporativ sosial məsuliyyət (KSM) və dayanıqlılıq strategiyasını uğurla davam etdirir. Gənclərin dəyişən dünyada innovativ düşüncə tərzinin formalaşmasına və fərdi inkişafına yönəlmiş sosial layihələrə dəstək şirkətin əsas prioritetlərindəndir.
"NEQSOL Holding"in tərkibinə daxil olan “Bakcell” “YAŞAT” Fondu ilə birgə şəhidlərin ailə üzvlərinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstək layihələrini davamlı olaraq həyata keçirir. Bu əməkdaşlıq "NEQSOL Holding" və “YAŞAT” Fondu arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. "Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Yeni sədr özünə müşavir təyin etdi - FOTO
Sərnişinlərin NƏZƏRİNƏ: Azərbaycanda yeni qatar reysi fəaliyyətə başlayır - FOTO
Bakıda yeni metro stansiyasının istifadəyə veriləcəyi TARİX BİLİNDİ
"Şamaxinka"da hərəkətin tənzimlənməsinin süni intellekt versiyası təklif edilib - VİDEO
Bakıda yeni tikiləcək stansiyaların yerləri MƏLUM OLDU
Tıxaclara son? - Bakı bu tarixə qədər tramvay şəbəkəsinə keçir
Xətai rayonunda piyadaların təhlükəsizliyi üçün yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni şura yaradıldı - FƏRMAN
Bakıdakı bu zolaq maraqla qarşılandı - FOTO
Bu yolda avtobus zolağı ləğv edildi - VİDEO
Uçan taksilər FƏALİYYƏTƏ BAŞLADI - FOTO

















