Bakı-Böyük Kəsik dəmir yolunun daha bir hissəsi əsaslı təmir olunur - FOTO

Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi çərçivəsində bu gün Bakı-Böyük Kəsik istiqamətində Alabaşlı-Şəmkir mənzilində 8,6 km yolun əsaslı təmirinə başlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun apa-ya verdiyi məlumata görə, əsaslı təmir işlərinin yeni yaradılmış 11 saylı "İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.
Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın "Moravia Steel” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 40 km dəmir yolu əsaslı təmir olunub.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












