Bakı Dəmir Yolu Vağzalında qarşılanma və yolasalınma zonası təşkil edilir - VİDEO
Bakı Dəmir Yolu Vağzalına yüklə gələn sərnişinlər üçün qarşılanma və yolasalınma zonası təşkil edilir.
Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, bunun üçün artıq Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində, "28 May" metrostansiyasının yuxarı hissəsində avtomobil parklanma ərazisi yaradılır. Bura avtomobillərin giriş-çıxışı avtomatik sistem sayəsində tənzimlənəcək.
''Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Sənubər Nəzərova deyib ki, avtomobillərin əraziyə giriş-çıxışı parklanma məntəqəsində qurulacaq innovativ nömrətanıma sistemi sayəsində tənzimlənəcək.
Qeyd edək ki, avtomobil parklanma ərazisi 27 mart tarixindən etibarən vağzala gələn sərnişinlərin qarşılanma və yola salınma zonası kimi fəaliyyət göstərəcək. Xatırladaq ki, bir müddət əvvəl Nəqliyyatı Əlaqələndirmə Şurasının qərarına uyğun olaraq, "28 May" metrostansiyası və Bakı Dəmir Yolu Vağzalı qarşısına “giriş qadağandır” nişanı qurulub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: