Bakı hava limanında yenilənmiş uçuş-enmə zolağı istifadəyə verilib - FOTO - VİDEO

Heydər Əliyev Beynəlxalq Aeroportunda əsaslı təmirdən sonra 17/35 uçuş-enmə zolağı yenidən istifadəyə verilib.
Avtosfer.az bu barədə hava limanına istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvarında başlayan yenidənqurma işlərinə uçuş-enmə zolağının asfalt-beton örtüyünün tamamilə dəyişdirilməsi, cihazlara enmə sisteminin (İLS) yenilənməsi, drenaj sistemlərinin təkmilləşdirilməsi, mövcud sürmə yollarının əsaslı təmiri və əlavə 3 yeni sürmə yolunun inşası daxildir.
Zolağın uzunluğu 3200 metr, eni 60 metr olaraq saxlanılıb. Yenilənmiş və yeni salınmış sürmə yollarının ümumi uzunluğu 4332 metr, eni isə 44 metr təşkil edir.
“Uçuş-enmə zolağının yenidən qurulması hava limanının infrastrukturunun modernləşdirilməsi üzrə strateji planın mühüm tərkib hissəsidir və bu, əməliyyat etibarlılığının artırılmasına, uçuşların təhlükəsizliyinin maksimum səviyyədə təmin edilməsinə yönəlib. Qabaqcıl texnologiyalar və yüksək keyfiyyətli materiallardan istifadə bizə zolağın xidmət müddətini əhəmiyyətli dərəcədə uzatmağa və istismar göstəricilərini yaxşılaşdırmağa imkan verir", - deyə Bakı aeroportunun direktoru Teymur Həsənov bildirib.
Hava limanının müvafiq xidmətlərinin koordinasiyalı fəaliyyəti nəticəsində yenidənqurma prosesi qısa müddətdə, normativ tələblərə və aviasiya qaydalarına uyğun şəkildə həyata keçirilib. Yenilənmiş uçuş-enmə zolağı beynəlxalq təhlükəsizlik standartlarına tam cavab verir və əvvəlki kimi, bütün növ təyyarələri qəbul etmək imkanına malikdir.
Layihənin miqyasına baxmayaraq, bu müddət ərzində Bakı hava limanında uçuşların fasiləsiz təmin edilməsi davam etdirilib.
Azərbaycanın bütün bölgələrində dayanacaqlar yenilənir - Milyonlarla manat xərclənəcək
Yollarda həyat xilas edən yeni sistem: Zərbəni udur, qəza zamanı ölümdən qoruyur - VİDEO
Şəhid oğluna yüksək vəzifə VERİLDİ - FOTO
Əməkdar memardan Bakıda salınacaq tramvay xətləri ilə AÇIQLAMA
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni stansiyalar...
General yüksək vəzifəyə təyin edildi
Generallar indi polkovnik rütbəsində işləyəcəklər - FOTO
Sabahdan bu avtobuslar yenilənir - Gedişhaqqı 50 qəpik
Sürücülərə şad xəbər - AYNA bu ərazidə tıxacı azaldacaq yenilik edəcək - VİDEO
Sərnişinlərə ŞAD XƏBƏR – Bu köhnə avtobuslar yenilənir
DSX generalı yeni vəzifəyə təyin edildi - FOTO











