Bakı kəndlərində yaşayanlara ŞAD XƏBƏR - İşlərə başlanıldı

Məlum olduğu kimi, daha əvvəl “Bakı şəhərində və ona bitişik ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində 2028-2030-cu illərdə Zabrat-Maştağa-Bağlar (Buzovna) dəmir yolu xətti bərpa olunacağı açıqlanıb. Avtosfer.az "ölkə.az"a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Proqramı bu il təsdiq olunub.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən soğrumuza cavab olaraq ilkin işlərə başlandığı bildirilib:
“Hələlik ilkin tarix 2028-20230-cu illərdir. Artıq işlərə başlanılıb. Təkcə Zabrat-Maştağa-Bağlar istiqamətində yox, ümumilikdə Dövlət Proqramında Abşeron dairəvi dəmir yolu üzrə bərpası nəzərdə tutulmuş dəmir yol xətlərinin layihələndirmə işlərinə başlanılıb”.
Qeyd edək ki, Bakı şəhərində və ətraf ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində 2030-cu illərədək 4 dəmir yolu xəttinin bərpası planlaşdırılır.
Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda deyilir.
Belə ki, 2026−2028-ci illər ərzində Bakıxanov−Binə−Qala dəmir yolu xəttinin bərpası ilə bağlı elektrik təchizatı və rabitə-işarəvermə sisteminin yenidən qurulmasının layihə-smeta sənədlərinin və icra qrafikinin hazırlanması planlaşdırılır. Yeni Suraxanı−Hövsan dəmir yolu xəttinin bərpası 2026−2027-cı illərdə, Zabrat−Maştağa−Bağlar xəttinin bərpası 2028−2030-cu illərdə, Güzdək−Qaradağ xəttinin bərpası isə 2027−2029-cu illərdə planlaşdırılır.
Yeni sədr özünə müşavir təyin etdi - FOTO
Sərnişinlərin NƏZƏRİNƏ: Azərbaycanda yeni qatar reysi fəaliyyətə başlayır - FOTO
Bakıda yeni metro stansiyasının istifadəyə veriləcəyi TARİX BİLİNDİ
"Şamaxinka"da hərəkətin tənzimlənməsinin süni intellekt versiyası təklif edilib - VİDEO
Bakıda yeni tikiləcək stansiyaların yerləri MƏLUM OLDU
Tıxaclara son? - Bakı bu tarixə qədər tramvay şəbəkəsinə keçir
Xətai rayonunda piyadaların təhlükəsizliyi üçün yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni şura yaradıldı - FƏRMAN
Bakıdakı bu zolaq maraqla qarşılandı - FOTO
Bu yolda avtobus zolağı ləğv edildi - VİDEO
Uçan taksilər FƏALİYYƏTƏ BAŞLADI - FOTO










