Bakı Metropoliteni bu vəzifələr üzrə ödənişsiz kurs təşkil edir

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Eskalator təsərrüfatı üzrə növbətçi dispetçeri” və “Mühəndis-texniki avadanlıqlar üzrə növbə dispetçeri” vəzifələri üzrə ödənişsiz kurs təşkil edir.
Qurumun mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, kurs 6 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində müvafiq vəzifə üzrə işlə təmin ediləcəklər.
Kursda iştirak etmək istəyənlər üçün tələblər aşağıdakılardır:
• Yaş: 22 – 30 arası
• Cinsi: kişi
• Hərbi mükəlləfiyyətli
• Təhsil: Texniki Ali
• Dil bilikləri:
o Azərbaycan dili – əla
o Rus dili - yaxşı
o Digər xarici dil bilmək arzuolunandır
• Qeydiyyat: Bakı şəhəri
Kursda iştirak etmək istəyənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus)
Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “Dispetçer” vəzifəsinin qeyd edilməsi zəruridir.
Son müraciət tarixi isə avqustun 25-nə kimidir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












