Bakı Metropoliteni iki yeni stansiyanın açılışına hazırlaşır

Bakı metrosunda daha bir yenilik tətbiq edilib. Bu gündən etibarən metronun "Memar Əcəmi" stansiyasında sərnişinlərin giriş və çıxış yeri dəyişdirilib. Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a bildirib.
"Stansiyada sərnişinlərin hərəkətini nizamlamaq məqsədilə bu gün səhərdən etibarən metroda giriş və çıxışın yeri dəyişdirilib. Belə ki, "Memar Əcəmi" stansiyası Bakı Metropoliteninin üçüncü, "Bənövşəyi xətt"inin ilk iki stansiyası - "Avtovağzal" və "Memar Əcəmi-2" ilə keçid stansiyasıdır. Yeni stansiyalar istismara verildikdən sonra, bu üç stansiyanın sərnişinlərinin hərəkətində toqquşma yaranmaması üçün bu gündən "Memar Əcəmi"nin giriş və çıxış yeri dəyişdirilib", - deyə N.Paşayev qeyd edib.
Qeyd edək ki, Bakı Metropoliteninin yeni "Bənövşəyi xətt"inin ilk iki stansiyası - "Avtovağzal" və "Memar Əcəmi-2"-nin eyni vaxtda - 2016-cı ilin ilk yarısında açılması nəzərdə tutulub.
"Memar Əcəmi-2" stansiyası 5 mərtəbədən ibarət olacaq, stansiyada müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq. Stansiyanın 3 giriş-çıxışı var. Burada ümumilikdə 4 lift olacaq. Habelə yanğına qarşı avtomatik mühafizə sistemləri, rabitə sistemləri, elektrik avadanlıqları quraşdırılıb. "Memar Əcəmi-2"-də eskalatorlar birbaşa platformanın mərkəzinə doğru uzanır və eskalatorun sayı 17-dir. Vestibüldən aşağıya doğru sonrakı mərtəbədən "Yaşıl" və "Bənövşəyi" xətlərin stansiyalarından bir-birinə keçid üçün istifadə ediləcək. "Memar Əcəmi-2" - "Bənövşəyi xət"dən mövcud "Yaşıl xətt"ə keçid stansiyası rolunu oynayacaq. Sərnişinlər buradan "Memar Əcəmi" stansiyasına keçməklə, "Yaşıl xətt"ə daxil olan stansiyalardan istifadə edə biləcəklər.
Stansiyada 7 vaqonlu qatarların olması nəzərdə tutulub, amma ilkin olaraq 5 vaqonlu qatarlar hərəkət edəcək.
"Bənövşəyi xətt" 12 stansiyadan ibarət olmaqla, Qaraçuxur qəsəbəsinə qədər uzanacağı planlaşdırılır.
Eyni zamanda, "Avtovağzal" stansiyasının 8 giriş-çıxışı olacaq. Burada 20 eskalator və 8 travelator, həmçinin, fiziki qüsurlu insanlar üçün lift də quraşdırılıb. Hər iki stansiya və bundan sonra "Bənövşəyi xətt" üzrə tikiləcək stansiyaların paltformasının uzunluğu 144 metrdir. "Avtovağzal" stansiyasında iki ədəd piramida quraşdırılıb ki, burada çıxışın biri Bakı-Sumqayıt yolunun altından keçməklə, Biləcəri istiqamətində, ikincisi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinədir.
Qeyd edək ki, bütün bu yeniliklər stansiyaların yaxın vaxtlarda istismara veriləcəyinə dair əsas yaradır.
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










