"Bakı Metropoliteni"ndən Azərbaycan idmançılarına dəstək – FOTO

İyulun 27-dən Bakı metropoliteninin stansiyalarında XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinə dəstək aksiyasına start verilib. "Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Avtosfer.az-a verdiyi məlumata görə, bu sosial layihə çərçivəsində “Elmlər Akademiyasi”, “Nizami”, “28 May”, “Sahil”, “Koroğlu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyalarında avqustun 5-i Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya və Paralimpiya Oyunlarının rəmzlərini əks etdirən lövhələr yerləşdirilib.
Aksiyanın təşkil edilməsində məqsəd Azərbaycan olimpiya komandasının üzvü olan 56 olimpiyaçıya, eyni zamanda, "Rio-2016" olimpiadasından sonra start götürəcək paralimpiya oyunlarında iştirak edəcək təmsilçilərimizə ölkəmizi ləyaqətlə təmsil etməsinə və Vətənə böyük qələbələrlə qayıtmalarına dəstək olmaqdır.
207 ölkənin təmsilçisinin iştirak edəcəyi XXXI Yay Olimpiya Oyunları avqustun 5-dən 21-dək, 175 ölkədən təmsilçinin qatılacağı XV Yay Paralimpiya Oyunları sentyabrın 7-dən 18-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. Olimpiadada ölkəmizi 18 idman növündə 56 idmançı təmsil edəcək. Paralimpiya Oyunlarında isə 24 idmançımız çıxış edəcək.
Qeyd edək ki, Bakı 2015 Birinci Avropa Oyunları ərəfəsində də Bakı metropoliteni Oyunlarının keçirildiyi günlərə xüsusi hazırlaşmışdı. Metropoliten sərnişinlərinə xidmət mədəniyyətinin yüksəldilməsini təmin edən iki yenilik təqdim etmişdi. Stansiyaların sərnişin informasiya sisteminə yarışların keçiriləcəyi idman obyektləri barədə məlumatlar, sərnişinlər üçün tövsiyələr, metrodan istifadə qaydalarının izahı Azərbaycan və ingilis dillərində təqdim edilmişdi.
Bundan əlavə, qatarlarda stansiya adları Azərbaycan dili ilə yanaşı, həm də ingilis dilində səsləndirilmişdi. Oyunların keçirildiyi günlərdə stansiyalarda xarici dil biliyi olan və əvvəlcədən təlimlər keçmiş 90 könüllü çalışmışdı.


"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












