Bakı metrosu Moskvadan "qurtuldu" – FOTO

"Artıq bir müddətdir ki, Bakı Metropolitenində qatarları öz iş heyəti təmir edir". Avtosfer.az xəbər verir ki, bu sözləri milli.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi söyləyib. Nəsimi Paşayev bildirib ki, artıq metropolitenin Gürcüstana ehtiyacı olmayacaq, çünki qatarlarımızı özümüz təmir edib, yenidən yığmağa başlamışıq. "Bakı Metropoliteni uzun illər idi ki, qatarlarda hansısa bir nasazlıq və yaxud da problem yaranırdısa, onları Gürcüstanın Tiflis şəhərinə göndərərək, yenidən bərpa edirdi. Düzdür, cari təmiri özümüz edirdik, ancaq "kapremont", əsaslı təmir Tiflisdə görülürdü. Bu işlərin orada görülməsinin səbəbi isə "Moskva Vaqon Təmir Zavod"unun ən yaxın filialının orada yerləşməsi idi. Ən sərfəlisi o zavod idi deyə qatarlarımız orada təmir olunurdu.
Ancaq ötən ildən etibarən rəhbərlik qərar verdi ki, depoda özümüz belə sexlər yaradaq və artıq bir müddətdir ki, qatarların əsaslı şəkildə təmirini özümüz edirik. İnanın ki, işlərimiz MVTZ-nin işlərindən heç də geri qalmır. Hətta deyərdim ki, onlardan daha keyfiyyətli işləyirik".
Sonra metorpolitenin sözçüsü görülən işlərdən də danışaraq iki vaqonun əsaslı təmir edildiyini söyləyib. "Onu da qeyd edim ki, artıq iki qatarımız öz işçilərimizin sayəsində yenidən əsaslı şəkildə yığılıb. Yeni qatarları siz vaqonun içərisində yerləşən "Metro" loqolu oturacaqlardan tanıya bilərsiniz", - Nəsimi Paşayev deyib.

"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












