Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə

Sosial 17 Mart 2026 09:54
Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xaçmaz rayonun Qusarçay kəməri adlanan orta təzyiqli qaz xəttindən Nərəcan kəndi istiqamətinə ayrılan qaz xətti üzərinə balans ölçü qovşağının quraşdırılması ilə əlaqədar olaraq sabah saat 10:00-dan etibarən qaz təchizatının daxildən dayandırılması planlaşdırılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. 

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Nərəcan, Ağtala və KrasnıXutor kəndləri olmaqla ümumilikdə 1631 abonentin qaz təchizatında fasilə yaranacaqdır.

Bundan başqa, Şabran rayonun Sincadboyad kəndi istiqamətində istismarada olan orta təzyiqli qaz xəttinə yeni çəkilmiş qaz xəttinin qoşulması ilə əlaqədar olaraq sabah saat 10:00-dan etibarən qaz təchizatının daxildən dayandırılması planlaşdırılıb. Sincadboyad kəndi daxil olmaqla ümumilikdə 226 abonentin qaz təchizatında fasilə yaranacaqdır. 

 

Oxunub : 362
ŞƏRH YAZ
Ad

E-mail

Şərh