Bakı-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda təmirə başlanılıb - FOTO

Bakı-Pirşağı-Sumqayıt istiqamətində 29,2 km uzunluğunda dairəvi dəmir yolunun əsaslı təmiri işlərinə start verilib. Bu barədə Avtosfer.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. İlkin olaraq dairəvi dəmir yolunun Nərimanov-Böyükşor mənzilində 2,2 km uzunluğunda olan hissəsinin torpaq yatağının işlənməsinə başlanılıb. İndi torpaq yatağı hazırlanıb və bu gün yolun qoyuluşuna başlanılıb. Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi həyata keçirir, işlər mərhələli şəkildə aparılır. Bu gün 750 metr uzunluğunda yolun qoyuluşu planlaşdırılır. Hazırda 500 metr yol qoyulub. "Ümumiyyətlə, bu layihə həyata keçirildikdən sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə nəqliyyat problemi qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq" - məlumatda qeyd olunub.
Fidan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














