Bakı-Qazax yolunun daha bir hissəsi təmir olunur - VİDEO

Payız-qış mövsümündən sonra respublika avtomobil yollarında asfalt-beton örtüyünün deformasiyaya uğrayan və dağılan hissələrinin bərpası istiqamətində aparılan işlər çərçivəsində Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 68-80-ci kilometrlik hissəsində təmir işləri həyata keçirilir. Avtosfer.az "Azəravtoyol” ASC-yə istinadən bildirir ki, təmir-bərpa işləri sözügedən ərazidə hər iki istiqamət üzrə aparılır. Sözügedın avtomobil yolunun 68-80-ci kilometrlik hissəsində asfalt-beton örtüyünün qabaran və dağılan hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. Təmizlənən hissələrə isə yeni asfalt-beton örtüyü döşənir. Ümumilikdə 22 min kv. m ərazinin asfaltlanması işləri aparılır.
Bütün işlər tərtib olunan qrafikə uyğun aparılır. Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












