Bakı-Şamaxı-Yevlax avtomobil yolunda yenilik - VİDEO

Bakı şəhərindən Azərbaycanın şimal və şimal-qərb hissəsinə giriş və çıxışı təmin edən M-1 Bakı-Quba-Rusiyailə dövlət sərhədi, M-4 Bakı-Şamaxı-Yevlaxavtomobil yollarının müxtəlif hissələrdə nəqliyyatın hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan maneələr “Azəravtoyol” ASC-nin mütəxəssisləri tərəfindən aradan qaldırılıb.
“Azəravtoyol”un Mətbuat Katibliyindən Avtosfer.az-a verilən məlumata görə, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-22 km hissəsində, magistralın yaşayış məntəqələrindən keçən sahələrində vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək istiqamətində addımlar atılıb, 17.6 min kv.m piyada səkisi tikilib. Səkilərin kənarlarına 10.9 min p/m səki daşları quraşdırılıb.
Avtobusların ümumi hərəkətə mane olmadan dayanaraq sərnişinləri mindirib-düşürməsi üçün xüsusi “cib”li dayanacaqlar tikilib. Yağış sularının yolun hərəkət hissəsindən nizamlı axınını təmin etmək məqsədi ilə isə yolboyu lazım olan hissələrdə 490 p/m yağış-kanalizasiya xətti tikilib.
Bundan başqa, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə sözügedən hissədə ayırıcı zolaqda uzunluğu 9 min metr olan dəmir-beton təhlükəsizlik sədləri qoyulub və xüsusi siqnal dirəkləri də quraşdırılıb.
M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-22 km hissəsində artıq hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO


















