Bakı-Şamaxı yolu genişləndirilir - FOTO + VİDEO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-15.1 km-lik (1.85 km) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına start verilib. Bu barədə Avtosfer.az-a "Azəravtoyol" ASC-dən məlumat verilib. Layihə “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Dünya Bankı ilə imzalanmış "Azərbaycan Magistral Avtomobil Yolu 3 Layihəsinə Əlavə Maliyyələşdirmə" üzrə kredit sazişi çərçivəsində həyata keçirilir. Layihəyə uyğun olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 1.85 km-lik hissəsi 4-6 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 29.5 m, yolun hərəkət hissəsinin eni 15 və 24 m, hərəkət zolaqlarının eni 3.75 və 4.5 m, ayrıcı zolağın eni isə 1 m təşkil edəcək.
Piyadaların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə iki istiqamət üzrə 1.5 m enində səkilər, həmçinin Müşviq qəsəbəsində 2 ədəd yerüstü piyada keçidi inşa ediləcək.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun qeyd olunan hissəsinin yenidən qurulması layihəsi üzrə avtonəqliyyat vasitələrinin yola asan girişini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 4.5 m enində kollektor yolların inşası, Müşfiq qəsəbəsinə daha təhlükəsiz giriş-çıxışını təmin etmək üçün mövcud yol ötürücüsündən istifadə etməklə 300 metr uzunluğunda qəsəbədaxili yolun, həmçinin drenaj şəbəkəsinin yenidən qurulması işləri yerinə yetiriləcək.
Qeyd edək ki, hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci km-lik (76 km) hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsi də uğurla icra olunur. Yaxın müddət ərzində isə yolun 91-107 km-lik ( 16 km ) hissəsinin yenidən qurulmasına başlanılması nəzərdə tutulub.
Regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Bakı-Şamaxı hissəsinin yenidən qurulması turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.
Emin



“Nərimanov”da avtobuslar üçün mübadilə mərkəzi yaradılır - FOTOLAR
Prezident sərəncam imzaladı - 1 milyon ayrılacaq
Sürücülərə ŞAD XƏBƏR: Deputat təklifləri AÇIQLADI
Azərbaycanda tramvaylarla bağlı YENİ QƏRAR
Sürücülərin NƏZƏRİNƏ: Yol nişanları ilə bağlı dəyişiklik edilir
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
Azərbaycanda yeni agentlik yaradıldı - Prezidentdən FƏRMAN
Bakıda iki ünvanda minib-düşmə yeri yaradıldı - FOTO
Bu marşrutun avtobusları yenilənir - Gedişhaqqı 60 qəpik olacaq
Prezidentdən deputatla bağlı SƏRƏNCAM
Daha 3 ünvanda minib-düşmə yeri yaradıldı - FOTOLAR










