Bakı şəhər İcra Hakimiyyətinin də öz sərnişin avtobusları olacaq

Yeniliklər 15 Aprel 2014 00:00 Oxunub 2135
Bakı şəhər İcra Hakimiyyətinin də öz sərnişin avtobusları olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Bu müəssisə indiki şirkətlərə ciddi rəqib olacaq»

Xəbər verdiyimiz kimi, aprelin 14-də Nazirlər Kabineti Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması məqsədi ilə qərar verib. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən payları dövlətə məxsus "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılması qərara alınıb. Qərara əsasən, Cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və Cəmiyyət tərəfindən sərnişin daşınması üzrə avtobusların alınması məqsədi ilə həmin Cəmiyyətə Azərbaycan Respublikasının 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 30 milyon manat məbləğində vəsait ayrılacaq. Maliyyə Nazirliyinə bu qərarla ayrılmış vəsaitin maliyyələşdirilməsini təmin etmək, Nəqliyyat Nazirliyinə isə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Cəmiyyətə məxsus avtobusların marşrutlarını və hərəkət qrafiklərini müəyyən etmək tapşırılıb. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada "BakuBus" MMC-nin nizamnaməsinin təsdiq edilməsini, dövlət qeydiyyatına alınmasını və icra orqanlarının yaradılmasını təmin etsin və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə ən azı 200 ədəd iritutumlu avtobusun saxlanması məqsədilə avtonəqliyyat parkları (qarajları) üçün yerin ayrılmasını 1 ay müddətində təşkil etsin.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov avtosfer.az-a məsələ ilə bağlı şərh verib. O bildirib ki, mediada "sərnişindaşımada sensasiylı yenilik" başlıqlı məlumat yayılır. Vurğulanır ki, avtobus məsələsi (sərnişin daşıma və s.) Nəqliyyat Nazirliyindən alınır və sair: «Əslində burada heç birsensasiyayoxdur. Nəqliyyat Nazirliyindən də heç nə alınmır. Söhbət dövlətimizin vəsaiti hesabına Bakı ŞİH-in tabeçiliyində olan iri kommersiya qurumunun yaradılmsından gedir. Dövlətə məxsus olacaq və tam təsərrüfat hesabı ilə işləyəcək bu müəssisə digər özəl şirkətlərlə yanaşı şəhərimizdə sərnişin daşıma ilə məşğul olacaq. Nəqliyyat Nazirliyi nəqliyyat məsələləri üzrə dövlət idarəçiliyini və bu sahəyə nəzarəti həyata keçirən qurumdur. BŞİH-nin hansısa avtobus müəssisəsinin yaradılması bu Nazirliyin hansısa səlahiyyətinin alınaraq həmin müəssisəyə verilməsi demək deyil. Nazirliik yenə də öz işi ilə məşğul olacaq, hətta yeni yaradılam müəssisəyə də lisenziyanı, marşrut xətlərini bu Nazirlik vrəcək, digər şirkətlər kimi onun da avrobuslarının fəaliyyətinə bu Nazirlik nəzarət edəcək və s... Sadəcə olaraq maraqlı odur ki, bu yeni müəssisəyə hansı marşrutlar veriləcək, həmin marşrutların əvvəlki sahibləri necə olacaq? Bir sözlə, yeni yaradılan müəssisəyə Nazirlikdən heç nə verilməyəcək. Bu müəssisə indiki şirkətlərə ciddi rəqib olacaq. Bax bu rəqabətin də taleyini əslində NN həll edəcək, çünki yeni marşrutlar yaratmaq, əvvəlki marşrutları yenidən bölüşdürmək tam olaraq bu Nazirliyə aid səlahiyyətdir və həmin səlahiyyəti heş kim almayıb...». Ərşad Hüseynov daha sonra bildirib ki, hər hansı Nazirliyin səlahiyyətinin alınması, ona səlahiyyətlər verilməsi və ya onun səlahiyyətlərinin dəyişdirilməsi müstəsna olaraq Prezidentin səlahiyyətinə aiddir. Nazirlər Kabinetinin belə bir səlahiyyəti yoxdur.

 

 

Seymur

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh