Bakı-Sumqayıt yolu yenə genişləndirilir

Artıq bir neçə aydır Bakı-Sumqayıt yolunun "Ekologiya postu" yaxınlığındakı hissəsində təmir işləri aparılır. Avtosfer.az-a müraciət edən bəzi sürücülər bildirir ki, təmir əşlərinin uzanması onları narahat edir. Belə ki, bu yolda aparılan işlər bəzi vaxtlarda tıxaca səbəb olur. Lakin təmir işlərini həyata keçirən "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli Avtosfer.az-a bildirdi ki, orada təmir işləri yolun hərəkət hissəsində aparılmadığı üçün tıxaca da səbəb ola bilməz: "Burada aparılan işlər hərəkətə mane olmur. Çünki bu yolda dəmir arakəsmələri yığışdırıb beton sədlər qoyulandan sonra əlavə olaraq bir hərəkət zolağı da yaranmış oldu".
Hazırda aparılan təmir işlərinin nə vaxt başa çatdırılacağına gəlincə, Anar Nəcəfli bildirdi ki, birinci növbdə istinat divarlarının inşası həyata keçirilir, beton slaylar vurulur. Bunun ardınca isə qrunt suları və yağış sularınının kənarlaşdırılması üçün drenaj sistemi quraşdırılır: "Bununla yanaşı, digər paralel işlər görülür. İşlər başa çatandan sonra daha bir hərəkət zolağı sürücülərin ixtiyarına veriləcək".
Elmin
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












