Bakı vağzalından hava limanına dəmir yolu çəkiləcək

Bakının mərkəzindən Heydər Əliyev Beynəlxalq Hava Limanına dəmir yolu xətti çəkiləcək. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
Qurum rəsmisi bildirib ki, Bakı Dəmir yolu vağzalından hava limanına çəkiləcək dəmir yolunun uzunluğu 25 kilometr olacaq. Dəmir yolu aeroport istiqamətində avtomobil yolu ilə kəsişəcək və həmin ərazidən yerüstü dəmir yolu keçidi inşa olunacaq.
Artıq "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyi Heydər Əliyev Beynəlxalq Hava Limanının rəhbərliyinə müraciət edib və aeroport rəhbərliyi təklifə razılıq verib. Hazırda həmin dəmir yolu xəttinin layihəsi hazırlanır.
N.Əzməmmədov qeyd edib ki, Bakı Dairəvi dəmir yolu layihəsi çərçivəsində Zabrat-Maştağa-Albalılıq dəmir yolunun da bərpası nəzərdə tutulub.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












