Bakıda 18 avtobusun hərəkəti dəyişdirilir

Bakıda 18 sərnişin avtobusun hərəkət istiqaməti müvəqqəti olaraq dəyişdirilir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, Qara Qarayev prospektində aparılan təmir-tikinti işləri ilə əlaqədar iyulun 10-dan 11-nə keçən gecə prospektin metronun "Neftçilər" stansiyasından "Qara Qarayev" stansiyasınadək olan hissəsində təmirdən sonra hərəkət bərpa olunacaq, prospektin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairə isə (Dakar meydanı) avtonəqliyyat vasitələrinin hərəkəti üçün qısa müddətlik bağlanacaq. Mərkəz sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçmələrini xahiş edir. Bakı Nəqliyyat Agentliyi isə bununla əlaqədar olaraq, 11, 12, 20, 22, 32, 35, 36, 40, 44, 49, 50, 51, 57, 62, 64, 70, 94 və 214 nömrəli marşrut xətlərindən istifadə edən sərnişinlərin nəzərinə çatdırır ki, sürücülər hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə edəcəklər.
Elmin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












