Bakıda 2,5 milyonluq yol tikintisi başlayır

Bakıda yol tikintisi başlayır. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən Avtosfer.az-a verilən məlumata görə, Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin sərəncamına uyğun olaraq 26 mart tarixindən etibarən sözügedən avtomobil yolunda tikinti işlərinə start verilir. Tikinti işlərinə Bilgəh qəsəbəsi, sahilyanı ərazidən Maştağa qəsəbəsi istiqamətinə doğru başlanılır. Tikinti işlərinin aparıldığı ərazilərdə hissə-hissə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. “Sürücülərdən tikinti işlərinin başlanmasını nəzərə alaraq öncədən alternativ hərəkət istiqamətləri seçmələri tövsiyyə olunur”, deyə ASC-dən bildirilib.
Adıçəkilən yolun təmiri ilə bağlı Prezident sərəncamı mart ayının 7-də imzalayıb. Sərəncama əsasən, 63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Maştağa-Bilgəh avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,5 milyon manat ayrılıb.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












