Bakıda 26 küçə və prospekt təmir edilib - 6 ay ərzində

Bu ilin 6 ayı ərzində Bakıda 26 küçə və prospekt təmir edilib. “Azəravtoyol” ASC-nin Mətbuat katibliyindən Avtosfer.az-a daxil olan məlumatda belə deyilir. 2016-cı ilin birinci yarısı ərzində “Azəravtoyol” ASC tərəfindən Bakıda ümumi uzunluğu 31,9 kilometr, yol örtüyünün sahəsi 331,9 min kv.m olan Binəqədi, Nizami, Xətai, Yasamal, Nərimanov, Nəsimi, Səbail, Suraxanı, Qaradağ və digər rayonlarda 26 adda prospekt və küçə yenidən qurulub və təmir olunub. Bundan əlavə, Bakı şəhərinin bütün inzibati rayonları ərazisində 157, 2 min kv.m sahədə cari təmir işləri yerinə yetirilib. Ümumilikdə respublika üzrə uzunluğu 230,0 km olan avtomobil yolları, prospekt və küçələr yenidən qurulub və təmir olunub. Onlardan 135,7 km-i respublika əhəmiyyətli, 62,4 km-i yerli əhəmiyyətli, 31,9 km-i isə Bakı şəhərinin yollarıdır.
Cari ilin 6 ayı ərzində ümumilikdə “Azəravtoyol” ASC üzrə 465,4 min ton asfalt-beton istehsal edilib, 25,6 min ton bitum və 1,9 min ton mazut istifadə edilib.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












