Bakıda avtobuslara kameralar quraşdırılır - VİDEO

Bakıda bir sıra marşrut xətləri üzrə hərəkət edən avtobuslarda müşahidə kameraları quraşdırılır. Artıq bəzi avtobuslarda kameraları görmək mümkündür. Bakı Nəqliyyat Agentliyi mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova azvision.az-a bildirib ki, avtobuslarda kameralar Bakı Nəqliyyat Agentliyi tərəfindən deyil, marşrut sahiblərinin təşəbbüsü ilə quraşdırılır. ““Baku Bus” öz təşəbbüsü ilə xəttə buraxılan avtobuslarına kameralar quraşdırıb. Amma Bakı Nəqliyyat Agentliyi tərəfindən digər avtobuslara kameraların quraşdırılması ilə bağlı hər hansı təlimat verilməyib”,- deyə Nuridə Allahyarova bildirib.
Qeyd edək ki, təkcə şəhəriçi deyil, Bakıətrafı qəsəbələrə hərəkət edən avtobuslara da kameraların quraşdırılması nəzərdə tutulub. Artıq “Qaraçuxur” istiqamətində işləyən 81 saylı marşrut avtobusunda müşahidə kameraları quraşdırılıb.
***
Sərnişin avtobuslarına nəzarət gücləndirilir. Daxili İşlər Nazirliyi ictimai nəqliyyat vasitələrinin sahiblərinə marşrut avtobuslarına müşahidə kameraları quraşdırmaları barədə tövsiyyə verib. Məqsəd cibgirlik, oğurluq və bu qəbildən olan digər cinayət hadisələrinin qarşısının alınmasıdır. Söhbət "BakuBus" şirkətinə daxil olmayan marşurut avtobuslarından gedir. 81 və 35 saylı marşurut avtobuslarında kameraların quraşdırılması tam yekunlaşıb. Kameralar avtobusun həm önünə, həm də arxasına quraşdırılıb. 32 saylı avtobuslarda isə işlərə yeni başlanılıb.
Sürücülər bunu müsbət hal kimi dəyərləndirirlər. Çünki hadisə baş verdikdə sərnişinlərin onları günahlandırmalarından bezdiklərini deyirlər. Kameralara sahibkarlar nəzarətedirlər. Hər hansı cinayət hadisəsi baş verdikdə isə polis avtobusdakı “Ci-Pi-eS” məlumatlarından istifadə edir.
Sahibkarların isə kameralar vasitəsilə sürücülərin sərnişinlərlə münasibətinə, siqaret çəkib-çəkməmələrinə vəavtobusu uniformada idarə edib-etməmələrinə nəzarət edə bilirlər.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












