Banner

Bu istiqamətlərdə tıxaca son qoyacaq yolun tikintisi ilə bağlı SON DURUM - VİDEO

Yeniliklər 16 Yanvar 2026 15:06
Bu istiqamətlərdə tıxaca son qoyacaq yolun tikintisi ilə bağlı SON DURUM - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin inşası davam etdirilir.

AAYDA-dan Avtosfer.az-a verilən məlumata görə, yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib.
 
Dövlət Proqramına əsasən, avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi – Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3,9 km uzunluğa malikdir. Bundan əlavə, 2,6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları da layihəyə daxildir.
 
Avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulur:
 
1 nömrəli tunel – yolun 0.8-ci km-də yerləşir. Ümumi uzunluğu 506 m, eni 17 m-dir (qapalı hissə – 120 m, açıq hissə – 386 m);
2 nömrəli tunel – yolun 1.5-ci km-də yerləşir. Ümumi uzunluğu 363 m, eni 11 m-dir (qapalı hissə – 74,09 m, açıq hissə – 289 m);
3 nömrəli tunel – yolun 1.8-ci km-də yerləşir. Ümumi uzunluğu 307 m, eni 27,5 m-dir (qapalı hissə – 192,8 m, açıq hissə – 114,5 m);
4 nömrəli tunel – yolun 2.4-cü km-də yerləşir. Ümumi uzunluğu 894,7 m, eni 27,5 m-dir (qapalı hissə – 259,5 m, açıq hissə – 390,6 m, çıxış hissəsi – 244,6 m).
 
Layihə üzrə bütün tunellərdə və yeraltı piyada keçidlərində tikinti-quraşdırma işlərinin tikintisi davam edir.
 
Tikinti prosesi “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə həyata keçirilir. Qeyd edək ki, artıq bütün inşaat meydançalarında mobilizasiya və demobilizasiya işləri başa çatdırılıb.
 
Hazırda “Ulduz” metrostansiyasından Həsən Əliyev küçəsi istiqamətində tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.

 

Oxunub 366
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh