Bakıda bütün avtobuslarda ödəniş kartla olacaq – RƏSMİ

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi paytaxtda fəaliyyət göstərən sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcı şirkətlər qarşısında vahid ödəniş kartına keçidlə bağlı tələb qoyub.
Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-ın rəsmi sorğusuna cavab olaraq BNA-nın İctimaiyyətlə əlaqələr və Maarifləndirmə şöbəsindən bildiriblər.
Qeyd edilib ki, BNA Bakı şəhərində nəqliyyat axınının daha da yaxşılaşdırılması, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədi ilə zəruri tədbirləri davam etdirir: "BNA mütəmadi olaraq müəyyən edilən tələblərlə bağlı paytaxtda müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətləri məlumatlandırıb. Qoyulan tələblər sırasında ən mühümü nəqliyyatda vahid ödəmə kart sisteminə keçidin təmin edilməsidir. Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərin qısa vaxt ərzində bu sistemə keçidinə nail olmaq üçün bütün zəruri addımları atır".
Hesab edilir ki, vahid ödəmə kart sisteminə keçid icitmai nəqliyyatda mövcud olan bir sıra problemlərin birdəfəlik həllinə imkan verəcək: "Belə ki, kart sisteminə keçid daşıyıcı sirkətlərin sürücülərə aylıq əmək haqqı verməsinə səbəb olacaq ki, bu da sürücüləri gündəlik plan ödəməkdən azad edir. Məhz plan öhdəliyi sürücülərin yollarda sürət həddini aşmasına, lüzumsuz olaraq dayanacaqlarda uzun müddət dayanmalarına, avtobusa tutumundan dəfələrlə artıq sərnişin mindirməsinə, avtobusu dayanacaqdan kənarda saxlamasına səbəb olurdu. Bu isə haqlı olaraq sərnişinlərin narazılığına səbəb olurdu. Bu sistemə keçid həm də ictimai nəqliyyatda ödənişlərin beynəlxalq standartlara uyğunlaşdırılmasına gətirib çıxaracaq, eyni zamanda sürücü ilə sərnişin arasında birbaşa əlaqəni aradan qaldıracaq. Yeni sistem nəqliyyat sektorunda ödəniş sisteminin liberallaşması ilə yanaşı, vəsaitlərin hərəkətinə nəzarəti mümkün edəcək. Çünki vahid ödəniş sistemi nəqliyyat sektorunda ödənişlərlə bağlı dövriyyəni müəyyənləşdirməyə imkan verəcək. Bu da vergiyə cəlb olunma və şəffaflığın təmin edilməsi baxımından əhəmiyyətli olacaq. Sistemin önəmli olan digər bir tərəfi isə sərnişin axınının real vəziyyətinə dair dəqiq statistikanın müəyyənləşməsinə imkan verməsidir".
Qeyd edək ki, hazırda Bakı şəhərində 1,2,3,5,6,7,8,13,14 saylı marşurt xətlərindəki avtobuslarda, eləcə də metronun "28 May" stansiyasından Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edən "Ekspress" avtobusda kart ödəniş sistemi tətbiq edilir. Yaxın vaxtlarda 18, 61, 65, 79, 85, 96 marşrut xətləri üzrə hərəkət edən avtobuslarda da kart ödəniş sisteminə keçid təmin ediləcək. Hazırda kart sistemi tətbiq ediləcək marsurt avtobuslarının keçdiyi ərazilərdə sərnişinlərin rahatlığını təmin etmək üçün ödəniş terminalları quraşdırılır.
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










