Bakıda daha bir küçə təmir edildi - VİDEO+FOTO

Uzunluğu 1 km, ortalama eni isə 15 m olan Sadıqcan küçəsi təmir edilərək vətəndaşların istifadəsinə verilib. Avtosfer.az-ın məlumatına görə, əvvəllər yolun hərəkət hissəsi sıradan çıxdığı üçün avtonəqlyyat vasitələrinin hərəkətində problemlər yaranırdı. Üstəlik vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün piyada səkiləri də demək olar ki, yox vəziyyətində idi. Təmirdən sonra bu problemlər tam olaraq aradan qaldırılıb. “Azəravtoyol” ASC tərəfindən aparılan təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınıb, ərazidən daşınıb, köhnə səki daşları sökülərək yenisi ilə əvəzlənib. Ümumilikdə küçənin 15 min m2 sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb və küçə boyu 2 min p/m yeni səki daşı düzülüb.
Piyadaların rahat və təhlükəsiz şəkildə gediş-gəlişini təmin etmək məqsədi ilə piyada səkiləri bərpa olunaraq asfaltlanıb. Bundan başqa zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sistemi yaradılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib.
Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb və yolun hərəkət hissəsinə yol cizgi, yol göstərici xətlərin çəkilişi işləri də aparılıb.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq


























