Bakıda daha bir yolda hərəkət bərpa olunur – FOTO+VİDEO

Təmir işləri ilə əlaqədar olaraq bir müddətdir ki, bağlanan Qara Qarayev prospektinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində (Dakar meydanı) bu gün axşam saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, sözügedən hissədə hazırda son tamamlanma işləri aparılır. Yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılır. İşlər bitən kimi metronun "Neftçilər" stansiyasının qarşısındakı hissə vətəndaşların istifadəsinə veriləcək.
Sabah səhər saatlarından etibarən isə prospektin Şirin Mirzəyev ("Q.Qarayev" metrosu) və R.Rüstəmov ("Neftçilər" metrosu) küçələri arasında yerləşən köməkçi yolda təmir işlərinə başlanılacaq. Bu səbəbdən köməkçi yol sabahdan etibarən qısa müddətlik avtonəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq. Köməkçi yolun uzunluğu 750 metr, eni isə 12 metrdir.
Qeyd edək ki, Q.Qarayev prospekti 6 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 24 metrdir. İndiyədək prospektin Ş.Mirzəyev və R.Rüstəmov küçələri arasında yerləşən təqribən 1,2 km-lik hissəsi yüksək səviyyədə təmir edilib. Burada 2 qat olmaqla 30 min kv.m sahədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Bundan başqa, piyada səkiləri bərpa olunaraq asfaltlanıb, yol boyu yeni səki daşları düzülüb, avtobuslar üçün cibli dayanacaqlar tikilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib, səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi işlək vəziyyətə gətirilərək yağış barmaqlıqları yenisi ilə əvəzlənib, 1 metr enində yeni yol ayrıcı tikilib, zəruri olan yerlərə yol nişanları qoyulub və piyada zolaqları salınıb.
Emin






Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












