Bakıda daha iki küçənin bir hissəsi təmir edilib – FOTO+VİDEO

Bakı şəhərinin Yasamal rayonunda Həsən Məcidov və Nizami rayonunda Nəsimi küçələrinin bir hissəsi təmir edilib. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, Nəsimi küçəsinin Qara Qarayev prospekti ilə kəsişmədən Məmmədəli Şərifli küçəsi ilə kəsişməyədək olan hissəsində (təqribən 600 metr) təmir işləri aparılıb. Küçəni eni təxminən 13 metrdir.
Təmir işləri çərçivəsində yolun 7 850 kv.m ərazisində köhnə asfalt-beton örtüyü tam olaraq yenilənib, mövcud səkilər bərpa olunaraq asfaltlanıb, kənarlarına 1 135 poqon metr yeni səki daşı düzülüb, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenisi ilə əvəz olunub. Bundan başqa, zəruri olan yerlərdə yol nişanları qoyulub, piyada zolaqları çəkilib və yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılıb.
Analoji işlər H.Məcidov küçəsində də aparılıb. Bu küçənin Həsənbəy Zərdabi və Zahid Xəlilov küçələri arasında yerləşən təqribən 200 metrlik hissəsi təmir olunub. Sözügedən küçənin 5 min kv. m sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Qeyd edək ki, Həsən Məcidov küçəsinin eni 25 metr təşkil edir.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq



















