Bakıda ilk dəfə "ağıllı svetoforlar" quraşdırıldı - Fərq budur - VİDEO

Bakıda ilk dəfə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan "ağıllı svetoforlar" (adaptiv) quraşdırılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə iki xarici ölkənin mütəxəssisləri birlikdə pilot layihəyə start verib:
İlkin olaraq paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan, Məsud Davudoğlu küçələrinin kəsişməsində, 115 nömrəli tam orta məktəbin qarşısında (piyada svetoforu), həmçinin Cəfər Xəndan küçəsi ilə Əhməd Rəcəbli, Anar Şükürov, İbrahimpaşa Dadaşov, Şövkət Məmmədova və Əlişir Nəvai küçələrinin kəsişməsində quraşdırılan belə svetoforlar sınaq müddətində işə salınıb.
Belə ki, "Ağıllı svetoforlar" yol üzərində yerləşdirilən sensorlar, kameralar və bəzən radarlar vasitəsilə hərəkət intensivliyini ölçür. Toplanan məlumat mərkəzi idarəetmə proqramına ötürülür və həmin proqram real vaxt rejimində hansı istiqamətdə svetoforun yaşıl işığının müddətinin artıb-azalması ilə bağlı qərar verir. Ənənəvi svetoforlar sabit qrafiklə işləyir, adaptiv sistem isə daim dəyişən vəziyyətə uyğunlaşır.
Pik saatlarda nəqliyyat axını sürətlə artır. Ənənəvi svetoforlar bu artımı nəzərə almır, nəticədə uzun növbələr yaranır. Adaptiv sistem isə avtomatik olaraq həmin istiqamətə daha çox yaşıl işıq ayırır. Qəza halında və ya yol bağlandıqda isə sistem dərhal vəziyyəti analiz edir, istiqamətlərin prioritetini dəyişir və yükün balanslaşdırılmasına şərait yaradır.
Qeyd edək ki, pilot layihənin nəticəsindən asılı olaraq "ağıllı svetoforlar"ın digər küçə və prospektlərdə də quraşdırılması nəzərdə tutulur.
Beyləqanda yol infrastrukturu yenilənir - FOTOLAR
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olundu
10 yeni stansiya harada tikiləcək? - RƏSMİ CAVAB
Bakıda iki küçənin kəsişməsində yol hərəkəti yenidən təşkil olunub - FOTOLAR
Sürət qatarından istifadə edənlər üçün ŞAD XƏBƏR - Yeniliklər açıqlandı
Bakıda velosipedçilər üçün yeni LED svetoforlar istifadəyə verildi - VİDEO
Nazir məşhur polis rəisinin qohumuna yüksək vəzifə verdi
İmişlinin avtomobil yollarında yenidənqurma işləri aparıldı - FOTOLAR
Qış parkındakı bütün eskalatorlar işə salındı - VİDEO
Hərbçilər üçün müavinət ödənişlərində yeni qayda: Kim nə qədər alacaq? - VİDEO
Səhiyyə işçilərinin əməkhaqqına əlavələrlə bağlı yenilik













