Bakıda marşrut ləğv olundu – 63 saylı

63 saylı marşrut xəttinin fəaliyyəti bu gündən etibarən dayandırılıb.
Avtosfer.az xəbər verir ki, bu xəttin bağlanmasına səbəb fəaliyyət göstərən avtobusların istismara yararsız və qəzalı vəziyyətdə olması, dəfələrlə qayda pozuntularına yol verməsi olub.
Qeyd edək ki, bir müddət əvvəl 63 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarla bağlı xeyli sayda qayda pozuntuları aşkarlanıb. Bu ilin fevral ayının 28-də 63 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun 2 piyadanı vurması nəticəsində 1 piyada həlak olub.
Bütün bunları nəzərə alan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) aprelin 1-də sözügedən marşrut xəttinin ləğv edilməsi barədə qərar qəbul edib. Lakin NİİM sərnişinlərin adaptasiyasını nəzərə alaraq həmin avtobusun birdən-birə xətdən yığışdırmayıb, 63 saylı marşrutlar aprelin 13-dək fəaliyyət göstərib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












