Bakıda səkilərin hündür qoyulmasının sirri açıldı – RƏSMİ AÇIQLAMA

Feyzulla Quliyev: «Maşınların səkilərdə saxlanılmaması üçün bardürlərin hündür qoyulması başadüşülən deyil»
Son vaxtlar paytaxt yolları yenidən qurulur. Bu zaman bordürlər (yol çəpəri) xeyli hündür qoyulur ki, bu da insanların hərəkəti üçün maneələr yaradır. Xüsusən, yaşlı insanların həmin sədləri keçməsi çətin olur. Yol kənarlardakı səkilərin hündürlüyünün dünya standartlarına uyğun olmaması məsələsinə aydınlıq gətirən «Azəryolservis» ASC-nin sədri, millət vəkili Cavid Qurbanov bildirib ki, bunlar standartlara uyğun qurulur: «Bunu hər hansı bir ölkə qəbul edirsə bizim qəbul etməyimizin nəyi pis olar ki? Dənizkənarında 4 zolaqlı yollar düzəldilib. Baxsanız görərsiniz ki, orada maşın sürənlərin əksəriyyəti tərsinə gedir. Yollarda yolüstü keçidlər var. Yaşlı qadın, kişi dəmirin üstündən keçir, 5 metr aralıdakı keçiddən keçmir. Bəs neyniyək? Londonda yolların hamısı xüsusi dəmirlərlə ayrılır. Onların quruluşu keçmiş quruluşdur? Bizim şəhərimiz də yenidən qurulur. Biz də istəyirik ki, daha gözəl, müasir, qiymətli olsun». Cavid Qurbanov etiraf edib ki, bordürlərin hündür qoyulmasının əsas səbəbi sürücələrin avtomobilləri səkilərdə saxlamasının qarşısını almaqdır.
Məsələyə münasibət bildirən əməkdar memar Feyzulla Quliyev deyir ki, səkilərin hündürlüyü yol səthindən təxminən 15 sm olmalıdır: «Hazırda isə bizdə bunun əməl olunduğu konkret bir norma yoxdur. Bordürlər bəzi yerlərdə hündür, bəzi yerlərdə isə alçaq qurulur. Burada əsas gözlənilməli məsələ hərəkət edənlərin rahatlığı və təhlükəsizliyidir. Ola bilər ki, hansısa ərazidə yağış sularının səkilərə dolmaması üçün bordürlər hündür qoyulsun». F.Quliyev avtomlbillərin səkilərdə saxlanılmaması üçün bu addımın atılmasının doğru olmadığını da bildirdi: «Hər bir sürücü imtahan verərək vəsiqə alır və qaydaları bilməlidir. «Yol-hərəkəti haqqında» qanun səkilərdə avtomobil saxlanılmasını qadağan edir. Sürücülər də bu qaydalara əməl etməlidir. Avtomobillərin səkilərdə saxlanılmaması üçün bordürlərin hündür qoyulması başadüşülən deyil. Digər tərəfdən, son dövlər yollarda təmir aparılarkən səkilərin təmir edilməməsi düzgün yanaşma deyil. Xarici ölkələrin əksəriyyətində səki məsələsi yoxdur. Avtomobil yollarını səkilərdən ancaq xətlər ayırır. İnsanlar da başa düşür ki, həmin ərazidən avtomobil getməsi və saxlanılması üçün nəzərdə tutulmayıb».
Ucnoqta.az
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO

















