Bakıda sıxlıq belə aradan qaldırılcaq - Baş Plan - VİDEO

Bakının mərkəzində sıxlığı azaltmaq üçün ətraf ərazilərdə lokal mərkəzlər yaradılacaq. Bu, "Böyük Bakının Regional İnkişaf Planı"nda əksini tapıb. Alış-veriş, iş, gəzinti üçün şəhər mərkəzinə gəlməyə ehtiyac qalmayacaq. Bakının ətraf ərazilərində yaradılacaq lokal mərkəzlər bütün ehtiyacların ödənməsi üçün nəzərdə tutulub. "Böyük Bakının Regional İnkişaf Planı"na əsasən, lokal mərkəzlər Sabunçu rayonu ərazisində, Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Bakı kəndlərində, Səngəçal, Lökbatan, Novxanı, Maştağa, Hövsan, Türkan və Zığda yaradılacaq. Bununla yanaşı, Qaradağ rayonunun Ələt qəsəbəsi sənaye şəhərciyinə çevriləcək. "Sovetski" adı ilə tanınan ərazidə isə layihəyə uyğun olaraq yaşıllıq zolaqlarının və yeni yolların salınması nəzərdə tutulub.
Layihəsi Nazirlər Kabinetinə təqdim edilmiş "Böyük Bakının Regional İnkişaf Planı"nın icrası 2030-cu ilə qədər nəzərdə tutulub.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












