Bakıda velosiped stansiyalarının sayı artır - QİYMƏTLƏR AÇIQLANDI

Bakıda velosiped istifadəsi günü-gündən genişlənir. Şəhər daxilində velosiped sürmək istəyən sakinlər üçün yaradılan stansiyaların sayı artırılıb. Avtosfer.az bildirir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, paytaxtın müxtəlif ərazilərində artıq 50-dən çox velosiped dayanacağı fəaliyyət göstərir. Stansiyalar əsasən metro çıxışlarında, ticarət mərkəzləri və təhsil müəssisələrinin yaxınlığında yerləşdirilib.
Qurumdan bildirilib ki, velosiped yollarının uzunluğu 35 kilometrə çatıb və yaxın illərdə bu rəqəmin 100 kilometrə qədər artırılması nəzərdə tutulur. Hazırda şəhərin mərkəzi küçələrində — xüsusilə Bulvar ərazisində, Böyük Dairə və digər əsas magistrallarda yeni velosiped yolları istifadəyə verilib.
Qeyd olunur ki, stansiyalarda istifadəyə verilən velosipedlərin icarəsi üçün mobil tətbiq vasitəsilə aktivasiya imkanı yaradılıb. Velosiped sürmək istəyənlər üçün saatlıq, aylıq və illik abunə paketləri mövcuddur. Hazırda bir saatlıq istifadə qiyməti 1.20 manat, aylıq abunə 12 manat, illik isə 108 manat təşkil edir.
Mütəxəssislər bildirirlər ki, bu təşəbbüs həm şəhərdaxili nəqliyyat sıxlığının azalmasına, həm də ekologiyanın yaxşılaşmasına səbəb olacaq. Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, yaxın illərdə Bakı sakinləri 1-3 km məsafələri avtomobil yox, velosipedlə qət etməyə üstünlük verəcək.
Qeyd edək ki, velosiped yollarında xüsusi işıqforlar və təhlükəsizlik lövhələri də quraşdırılıb. Şəhər sakinləri isə bu təşəbbüsü müsbət qarşılayır və daha çox stansiya sayının artırılmasını istəyirlər.
Şəhid oğluna yüksək vəzifə VERİLDİ - FOTO
Əməkdar memardan Bakıda salınacaq tramvay xətləri ilə AÇIQLAMA
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni stansiyalar...
General yüksək vəzifəyə təyin edildi
Generallar indi polkovnik rütbəsində işləyəcəklər - FOTO
Sabahdan bu avtobuslar yenilənir - Gedişhaqqı 50 qəpik
Sürücülərə şad xəbər - AYNA bu ərazidə tıxacı azaldacaq yenilik edəcək - VİDEO
Sərnişinlərə ŞAD XƏBƏR – Bu köhnə avtobuslar yenilənir
DSX generalı yeni vəzifəyə təyin edildi - FOTO
Bakının bu ərazilərində dəmir yolu stansiyaları tikiləcək - VİDEO
Sabunçu rayonunun sakinlərinə ŞAD XƏBƏR: Dörd qəsəbəyə METRO ÇƏKİLƏCƏK











