Bakıda yeddi piyada keçidi inşa olunacaq – FOTO

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində bir neçə yerdə yerüstü piyada keçidləri inşa olunacaq. ASC-dən Avtosfer.az-a verilən məlumata görə, sözügedən piyada keçidləri metal və dəmir-beton konstruksiyalı olacaq.
Keçidlər nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa ediləcək.
Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
İlkin olaraq 7 bu cür yerdə keçidlərin inşa olunması üçün hazırlıq işləri görülür. Bu aşağıdakı ərazilərdir:
- Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-i (Xırdalan qəbiristanlığının yaxınlığı);
- 27 və 27,8-ci km-i (Ceyranbatan qəsəbəsi);
- Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-i (Sulutəpə qəsəbəsi)
- Qala-Pirallahı avtomobil yolunun 3,5-ci km-i;
- Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsi;
- Həsən Əliyev küçəsinin İqtisad Universitetinin korpusunun qarşısındakı ərazisi.
Ceyranbatan qəsəbəsi ərazisində inşa olunacaq yerüstü piyada keçidləri 2 aşırımlı (orta dayaqlı), dəmir-beton konstruksiyalı və üstü bağlı olacaq.
Keçidlər fiziki qüsurlu insanların hərəkəti üçün liftlərlə təmin olunacaq.
Xırdalan qəbiristanlığı yaxınlığında, Sulutəpə qəsəbəsində və Qala-Pirallahı avtomobil yolunda inşa olunacaq keçidlər isə 1 aşırımlı (orta dayaqsız), metal konstruksiyalı və üstü açıq olacaq.
Fiziki qüsurlu insanların hərəkəti üçün bu keçidlər panduslarla təchiz olunacaqlar.
Sabunçu körpüsündən Zabrat qəsəbəsinə doğru düşərkən və Həsən Əliyev küçəsində tikintisi nəzərdə tutulan yerüstü piyada keçidləri də metal konstruksiyalı olacaq.
Keçidlər 2 aşırımlı (orta dayaqlı) və üstü bağlı olacaq.
Burda isə fiziki qüsurlu insanların hərəkəti üçün xüsusi platformalar (elevator) quraşdırılacaq.
Yaxın zamanlarda zəruri olan digər ərazilərdə də yüngül konstruksiyadan ibarət yerüstü piyada keçidlərinin inşası nəzərdə tutulub.\
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












