Bakıda yeni dairə inşa olunur - VİDEO-FOTO

Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Zığ qəsəbəsinə giriş hissədə yeni dairə inşa olunur. Yeni dairənin inşası həmin ərazidə avtonəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkətini təmin etmiş olacaq. Dairə Zığ-Hövsan və Zığ-Suraxanı avtomobil yollarını birləşdirəcək. Bunun üçün mövcud yolun bir hissəsinin də yenidən qurulması işləri görülür. Yenidənqurma işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, mövcud kommunikasiya xətləri yoldan kənarlaşdırılır. Daha sonra yeni yol yatağının və yol əsasının inşası işləri aparılacaq. Sözügedən dairənin olacağı ərazidə də hazırda torpaq işləri həyata keçirilir, yol yatağının inşası aparılır. Zığ-Aeroport yolundan Zığ-Hövsan və Zığ-Suraxanı yollarına avtonəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədi ilə də dairəyə doğru yeni yol hissəsi salınır. Bununla da hava limanı istiqamətindən gələn avtonəqliyyat vasitələrinin Nobel və Gəncə prospektlərinin kəsişməsində yerləşən dairədən dövrə vurub geri qayıdaraq Hövsan yoluna və ordan da Zığ qəsəbəsinə hərəkət edərək əlavə məsafə qət etmələrinə ehtiyyac qalmayacaq.
Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. Bunun üçün sözügedən əraziyə kifayət qədər qüvvə cəlb olunub.
Qeyd edək ki, yeni dairənin və mövcud yolun bir hissəsinin yenidən qurulması işləri ilə əlaqədar olaraq Zığ qəsəbəsinə giriş hissə qısa müddətlik bağlanıb. Avtonəqliyyat vasitələri alternativ olaraq Hövsan və Suraxanı yollarından istifadə edərək qəsəbəyə daxil ola bilərlər.
Emin
Moped sürənlərin NƏZƏRİNƏ - Dövlət rüsumları TƏSDİQLƏNDİ
Moped sürücüləri üçün YENİ TƏLƏBLƏR
Rusiyada təyyarələrlə bağlı yeni qadağa – RİSK VƏ XƏRCLƏR ARTDI
Motosikletlə təcili tibbi yardım - Yeni modelin üstünlükləri
Şuşanın “Tarqovı”sı adlanan Qarabağ küçəsində nələr dəyişəcək? - FOTO
Bakıda iki parkın kəsişməsində yeni piyada işıqforları quraşdırılıb - VİDEO
Zabrat-Kürdəxanı şosesində səsli svetoforlar quraşdırıldı - VİDEO
Sürət həddini aşan avtomobillərin mühərrik gücü azaldılacaq? – RƏSMİ
Şəhərətrafı yollarda diqqət çəkən piyada problemi – FOTO
Bakıda üç yeni körpü inşa edilir – VİDEO
Şuşadakı abidələrin korlanması qadağan edildi
















